Domeniko Tedeskonun qorxduğu başına gəlib: o, artıq Belçika yığmasını çalışdırmır.
"Football-plus.az" xəbər verir ki, Belçika Kral Futbol İttifaqı (BKFİ) italiyalı mütəxəssislə müqaviləni pozub. Futbol qurumunun Tedeskonu istefaya göndərəcəyi haqda ehtimal hələ ötən ilin son aylarından səslənməyə başlamışdı. BKFİ-nin məlumatında artıq milli komandaya yeni baş məşqçi axtarışına başlanıldığı xəbər verilir.
Tedesko Belçika yığmasını 2023-cü fevralından çalışdırırdı. Komanda onun rəhbərliyi altında keçirdiyi 24 oyundan 12 qələbə, 6 heç-heçə və 6 məğlubiyyətlə ayrılıb. “Qırmızı şeytanlar”ın Millətlər Liqasının seçmə mərhələsində Fransa (1:2), İtaliya (0:1) və İsrailə (0:1) qarşı son oyunlarda məğlubiyyəti 39 yaşlı mtəxəssisin istefaya göndərilmək ehtimalını artırmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta