Avropanın ən böyük istehlakçı təşkilatı "Facebook" və "Instagram"ın sahibi "Meta"nın dəyişikliklərə məruz qalan yeni ödənişli reklamsız abunə siyasətindən şikayətlənib.Avropanın müxtəlif ölkələrindən olan 45 istehlak birliyinin çətir təşkilatı olan Brüsseldə yerləşən Avropa İstehlakçılar Birliyi (BEUC) "Meta"nın ödəniş və təsdiqləmə siyasətinin istehlakçı və məlumatların qorunması qanunlarını poza biləcəyi səbəbiylə Avropa İttifaqına (AB) rəsmi şikayət etdiyini açıqlayıb.Açıqlamada xatırladılıb ki, "Meta"nın 2023-cü ildə təklif etdiyi ödəniş və ya təsdiq mexanizmi "Facebook" və "Instagram" istifadəçilərinin reklam məqsədləri üçün şirkət tərəfindən şəxsi məlumatlarının işlənməsinə razılıq vermələrini və ya reklamların göstərilməməsi üçün rüsum ödəmələrini tələb edir."Meta"nın reaksiyalar və araşdırmalardan sonra 2024-cü ilin sonunda AB-də ödənişli reklamsız abunəlikləri ehtiva edən ödəniş və ya təsdiq siyasətini dəyişdirdiyi və yeni siyasətin əsas problemlərin həllində müvəffəqiyyətli olmadığı ifadə edilib.Açıqlamada "Meta"nın son ödəmə və ya təsdiqləmə siyasətinin çoxsaylı AB qanunlarını pozduğu və istifadəçilərə ədalətli seçim imkanı vermədiyi və buna qarşı təsirli tədbir görülməsi lazım olduğu vurğulanıb.Xatırladaq ki, "Meta" 2023-cü ildə Avropadakı istifadəçilərə "Facebook" və "Instagram"a reklamsız giriş imkanı vermək üçün aylıq abunəlik təklif etməyə başlayıb. Keçən il "Meta" tətbiqində bir neçə dəyişiklik edib və Avropadakı istifadəçilərə endirimlər təklif edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta