THY 13 ildən sonra Suriyaya ilk uçuşunu həyata keçirdi – Fotolar
Türkiyənin flaqman aviadaşıyıcısı “Türk Hava Yolları” (THY) 13 illik fasilədən sonra Suriyaya ilk uçuşunu həyata keçirib. Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, yerli vaxtla səhər saat 09:00-da (Bakı vaxtı ilə saat 10.00) İstanbuldan havaya qalxan “Airbus A330” təyyarəsi saat 11:35 radələrində Dəməşq hava limanına enib. Aviaşirkətdən verilən məlumata görə, Suriyaya uçuşlar həftədə üç dəfə həyata keçiriləcək. Eyni günlərdə Dəməşq hava limanınndan İstanbula dönüş reysləri olacaq. Qeyd edək ki, THY Suriyaya son uçuşunu 31 mart 2012-ci ildə həyata keçirib.