Rusiyalı müğənni Valeriyanın gəlini və bloger Liana Şulqina hamiləliyi zamanı halının pisləşməsi səbəbindən xəstəxanaya aparılıb.
News24.az 32gun.az-a istinadən xəbər verir ki, Bu barədə o, Telegram kanalında məlumat paylaşıb.
"Evə yaxınlaşarkən taksidə qəfildən özümü pis hiss etdim: başgicəllənmə, ürəkbulanma, güclü zəiflik, təngnəfəslik və qulaqlarda küy hiss etdim. Başa düşdüm ki, bayılmağa yaxınam (ilk hamiləliyimdə dörd dəfə huşumu itirmişdim, bu əlamətləri yaxşı tanıyıram). Bütün günü klinikadayam. Hələ ki, aşağı dəmir səviyyəsi (anemiya) ehtimal edilir, analizlərin nəticəsini gözləyirik," – deyə Şulqina bildirib.
Liana Şulqina Valeriyanın kiçik oğlu Arseniylə evlidir. Cütlük 28 avqust 2020-ci ildə ailə həyatı qurub və 1 yanvar 2021-ci ildə ilk övladları Seline dünyaya gəlib. 2024-cü ilin noyabrında cütlük ikinci övlad gözlədiklərini elan edib və 2025-ci ilin əvvəlində oğul sahibi olacaqlarını bildirib. Onlar oğullarına Miron adını qoymağı qərara alıblar.
Blogerin sözlərinə görə, ikinci uşaq istəkləri olsa da, hər şeyin bu qədər tez baş tutacağını gözləməyiblər. O, birinci hamiləliyindən əvvəl bədənindəki vitamin və mineral çatışmazlıqlarını aradan qaldırdığını, doğuşdan sonra isə sağlamlığını diqqətlə izlədiyini deyib. Buna görə də ikinci hamiləlik üçün xüsusi hazırlığa ehtiyac olmayıb.