Mikayıl Cabbarov "Wind Systems A/S" şirkətinin vitse-prezidenti ilə danışıqlar aparıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində "Wind Systems A/S" şirkətinin vitse-prezidenti Morten Dirholm ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X"də paylaşım edib.
Görüşdə yaşıl texnologiyaların tətbiqinin əhəmiyyəti, sənayedə innovativ həllərin səmərəli nəticələri və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.