ABŞ prezidenti Donald Trampın vəzifəyə başlaması ilə onun İrana qarşı həyata keçirəcəyi siyasət müzakirə edilir.
GünazTV Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail prezidenti İsaak Hersoq Davos İqtisadi Forumunda iştirak etdiyi paneldə "Trampın əsas diqqəti İran olacaq" deməsi Trampın xüsusi olaraq İranı diqqətdə saxlayacağına işarə edib.
Jerusalem Post qəzeti İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yakob Nagelin yazdığı məqaləni dərc edib. Dərc olunan məqalənin adı “İsrail İranla münaqişəyə hazırlaşmalıdır” idi. Məqalədə deyilir ki, İran uranı 60%-ə qədər zənginləşdirildiyindən İsrail İranla münaqişəyə hazırlaşmalıdır.
ABŞ-ın yardımını da nəzərdə tutan məqaləyə görə, İran öz iradəsi ilə nüvə obyektlərinin fəaliyyətini dayandırmalıdır, lakin İran administrasiyasının öz iradəsi ilə belə bir addım atmayacağını nəzərə alsaq, İsrailin İranla birbaşa münaqişəyə girməkdən başqa çarəsi qalmayacaq. Məqalədə İranla əvvəllər aparılan nüvə danışıqlarının təkrarlanmasının mənasız olacağı, münaqişəsiz əldə oluna biləcək sülhün mümkünlüyünün olmadığı da vurğulanır.
visiontv.az