AZ

Luis Enrike Xosep Qvardiolanın “cəlladıdır”

Məlum olduğu kimi, PSJ UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Parisdə “Mançester Siti”ni məğlub edib.

Arena.az məlumat verir ki, Fransa nəhəngi oyunun gedişində 0:2 hesabı ilə geri olsa da, geri-dönüş edərək yekunda “şəhərlilər” üzərində 4:2 hesablı möhtəşəm qələbə qazanıb.

Fransa nəhənginin ispan baş məşqçisi Luis Enrike rəqibləri digər ispan mütəxəssis Xosep Qvardiolanın komandaları olduğu 5-ci oyunda 3-cü qələbəsini qazanıb.

Xosep Qvardiola və Luis Enrike arasında məşqçilik məkanında ilk qarşılaşmalar 2014/2015-ci illər mövsümündə, Çempionlar Liqasının yarımfinalında “Barselona” və “Bayern”in qarşılaşdığı oyunlara təsadüf edir. “Kamp Nou”da keçirilmiş ilk oyunda Luis Enrikenin “blauqrana”sı 3:0 hesablı qələbə qazanmışdı. Münhendə keçirilmiş cavab oyunuda isə “Pep”in çalışdırdığı Almaniya nəhəngi “Barselona”nı 3:2 hesabı ilə məğlub etmişdi.

Məşqçilərin qarşıdurmasının növbəti mərhələsi 2016/2017-cı illər mövsümündə baş tutub. O zaman Luis Enrikenin “Barselona”sı və Xosep Qvardiolanın “Mançester Siti”si Çempionlar Liqasının eyni qrupuna düşmüşdülər. Birinci oyunda “blauqrana” rəqibini 4:0 hesabı ilə darmadağın etmişdi. Cavab oyununda isə “Pep”in “şəhərlilər”i 3:1 hesablı əzmkar qələbə qaznamışdılar.

Göründüyü kimi, Luis Enrikenin çalışdırdığı kollektivlər Xosep Qvardiolanın komandaları ilə mübarizədə bir baş üstün olublar.
Luis Enrike bu qələbəsi haqda təvazökarlıqla söhbət açıb:

“Bu qələbə mənim üçün çox çətin məqamdır, çünki qolları çılğıncasına qeyd etmək istəyirəm, amma yanımda əziyyət çəkən bir dostum var… Fəqət həyat belədir. Futbol da həyat kimi fərəh və kədər gətirir. Bunun öhdəsindən gəlmək gərəkdir”, deyə Enrike duyğusalcasına bildirib.

Seçilən
12
6
arena.az

7Mənbələr