AZ

Həyat yoldaşını öldürmək istəyən iranlı həbsdə qaldı

Həmyerlisi olan həyat yoldaşını öldürmək istəyən İran İslam Respublikasının vətəndaşı Tabaraki Mehdi Rasoulun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (ölümə cəhd) maddəsi ilə təqsirləndirilən Mehdi Tabarakinin müdafiəçisi müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Dövlət ittihamçısı Rauf Malışov vəsatətə münasibət bildirib. O, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xüsusilə ağır cinayət olduğu üçün həbs qətimkan tədbirinin dəyişdirilməməsiniistəyib və cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib. Hakimlər müşavirə otağından qayıtdıqdan sonra qərarı elan ediblər. Qərara əsasən Tabaraki Mehdi Rasoulun cinayət işi məhkəməyə verilsin, onun barəsində həbs qətimkan tədbiri dəyişdirilməsin. Təhqiqatçının ifadəsi ilə bağlı sənədin sübutlar siyahısından çıxarılması təxirə salınsın.

Məhkəmə prosesi 6 fevral tarixinə kimi təxirə salınıb.

İttiham aktına görə, 2024-cü ilin aprelində Mehdi Tabaraki həmyerlisi olan keçmiş həyat yoldaşınıavtomobildə öldürmək istəyib. Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb. Belə ki, qadın uşağı atasına göstərmədiyi üçün Mehdi Tabaraki bıçağa əl atıb.

Seymur Əli

Mənbə: unikal.az

Seçilən
14
50
unikal.az

10Mənbələr