AZ

“Uşaqlarım da hər şeyi gözə almışdılar, ölüm qapıda idi…” - Fotolar

Məlum olduğu kimi, yanvarın 21-də Türkiyənin Bolu vilayətində kurort mərkəzində yerləşən “Grand Kartal Otel” hotelində baş verən yanğın zamanı 79 nəfər həlak olub. 

“Qafqazinfo” “Yeni Şafak”a istinadən xəbər verir ki, faciə zamanı sağ qalan şəxslər həmin gecə yaşadıqları dəhşətdən danışıb. 

Onlardan biri də yanğında övladları ilə həyatda qalmağı bacaran Mete Tavlaşoğlu olub.

Onun sözlərinə görə, qızı Melis və oğlu Ateşlə hotelin üçüncü mərtəbəsində yerləşən otaqda gecələyib. Tavlaşoğlu bildirib ki, həyatda qalmaqlarına bir səbəb də binanın aşağı mərtəbələrində olmaqları olub:

“Gecə 03:30 radələrində duman səbəbindən oyandım. Nə bir səs, nə sirena eşitdim. Pəncərədən baxdıqda hər yerin alovlar içərisində olduğunu gördüm, hər yer yanırdı. Bunun ardınca uşaqlarımı oyatdım. Qapını açmaq istədim, lakin onu istifadə etmək mümkün deyildi. Birlikdə 20-25 dəqiqə pəncərədən baxdıq, aşağıda 3-4 nəfər var idi, insanları onlar yönləndirirdi və bizə pəncərədən atlamamağı, yanğınsöndürənlərin gələcəyini dedilər”.

O bildirib ki, binanın üz örtüyü taxta materialdan olduğundan daha çox yanırdı və partlayışa da səbəb olurdu. 

Ailə 20-25 dəqiqə ərzində yanğınsöndürənləri gözlədikdən sonra yanan hoteldən özləri çıxmaq qərarına gəlib: “Duman hər yeri cənginə aldığından başqa çarəmiz yox idi. Uşaqlarım da artıq hər şeyi gözə almışdılar, ölüm qapıda idi. Otaqda 3 çarpayı vardı və onların mələfələrini birləşdirsəm də, bəs etmədi. Buna görə yorğanın üzünü də söküb birləşdirdim. İlk olaraq qızımın belindən bağlayaraq mələfə ilə aşağı düşürdüm. Yerə çatdıqda aşağıdakı insanlar ona kömək etdilər. Bunun ardınca, oğlumu aşağı endirərkən, yerə 2-3 metr qalmış mələfə qopsa da, sağ-salamat onu da endirə bildim. Otaqda mələfəyə bağlamağa bir şeylər axtararkən aşağıdakı şəxslərin nərdivan gətirdiyini gördüm və onların köməkliyi ilə hoteldən çıxdım”. 

Hoteldən xilas olan Mete Tavlaşoğlu övladlarını avtomobilinə qoyaraq özü binada qalanlara kömək etmək üçün geri qayıtdığını da bildirib.




Seçilən
4
3
qafqazinfo.az

4Mənbələr