AZ

Kompani “Feyenoord”a gözlənilməz məğlubiyyətdən danışdı

“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Feyenoord”la səfər oyununu şərh edib.

Arena.az məlumat verir ki, Almaniya nəhəngi bütün təxminlərin əksinə olaraq, bu oyunda gözlənilmədən 0:3 hesablı məğlubiyyətlə üzləşib.

Vensan Kompani matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Düzünü deməliyəm ki, “Feyenoord” öz qələbəsinə layiq idi. Onlar çox mübarizə aparır və qaçırdılar. Bizim çoxlu fürsətlərimiz vardı, mən hiss edirdim ki, komandamız bir, iki, hətta daha çox qol vura bilərdi. Bununla belə, “Feyenoord” öz fürsərlərindən daha yaxşı istifadə etdi.

Fərdi və mütəşəkkil olaraq bu gün qalib gəlmək üçün bizim tərəfimizdən kifayət qədər iş görülmədi. Ən yaxşısı odur ki, bir-iki gündən sonra daha bir oyunumuz olacaq və biz buna qarşılıq verə biləcəyik.

Rəqibimizin çıxışına təəccüblənirəmmi? Xeyr. Biz belə komandalara qarşı oynamağa öyrəşmişik. Adətən biz həll yolları, yaxşı fürsətlər tapırıq. Bu gün isə bu, işləmədi. Biz həqiqətən də qaçır, döyüşürdük və yaxşı oyun nümayiş etdirmək üçün bacardığımızı edirdik, amma fəaliyyətimiz kifayət qədər yaxşı nəticələnmədi”, – “Bayern & Germany” dərgisi belçikalı mütəxəssisin mətbuat toplantısında səsləndirdiyi fikiri sitat gətirir.

Keçirdiyi 7 oyunda 12 xal toplamış “Bayern” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 15-ci pillədə qərarlaşıb. Almaniya nəhəngi yarışın ələmə mərhələsinə birbaşa vəsiqəni – 1/8 final mərhələsini hədəfləyib.

“Feyenoord” isə 13 xalla 11-ci pillədədir.

Seçilən
30
14
arena.az

10Mənbələr