Ukrayna Silahlı Qüvvələrinin briqada generalı Yuri Qaluşkin və general-leytenant Artur Qorbenkonun həbsi günah keçisi axtarışına bənzəyir.
Herbiand.az bildirir ki, Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya Telegram-da yüksək rütbəli zabitlərin saxlanmasını belə adlandırıb.
Deputat bildirib ki, hərbçilərin mühakimə olunmasını dəstəkləmir, çünki onların hərbi idarəçiliyinin keyfiyyəti birbaşa Ukrayna Baş Qərargahının fəaliyyətinin nəticəsidir.
M.Bezuqlaya əmin olduğunu bildirib ki, cəbhədəki uğursuzluqlara görə ilk növbədə Ukrayna ordusunun birləşmiş qüvvələrinin keçmiş komandanı Yuri Sodol məsuliyyət daşıyır: “Əgər bu, Sodolun həbsinə səbəb olmasa, hansı ki, rəhbərliyi ilə ilk növbədə bu vəziyyətə gətirib çıxarıb, onda generalların aşkar səhvlərinə baxmayaraq bu, həm də aşağı rütbəli günah keçilərini tapmaq cəhdi kimi görünəcək”.
Qeyd edək ki, Qaluşkin və Qorbenko yanvarın 22-də həbs ediliblər. Onlar 2024-cü ildə Xarkov cəbhəsində müdafiənin uğursuzluğunda günahlandırılıblar. İstintaqın məlumatına görə, Qaluşkin “Xarkov” operativ-taktiki qrupunun komandiri kimi səhlənkarlıq göstərib və bu, Kiyevin Xarkov vilayətində ərazinin bir hissəsinə nəzarəti itirməsinə gətirib çıxarıb.
Bəxtiyar CƏFƏRLİ