AZ

Yeməyi hansı yağda bişirək? - HƏKİM

Kokos yağı yemək üçün ən yaxşı yağdır. 

“Cebheinfo.az” “NEWS.ru”-ya istinadən xəbər verir ki, bunu qastroenteroloq Lyudmila Suxorukova deyib.

Həkim qeyd edib ki, bu yağın tərkibində həzm üçün öd turşusu tələb olunmayan və nazik bağırsaq tərəfindən asanlıqla sorula bilən xüsusi növ doymuş yağ var. 

Kokos yağında, həmçinin antifungal, antibakterial və antiviral xüsusiyyətlərə malik laurik turşusu var.

L.Suxorukova onu da əlavə edib ki, yeməyi sızma zeytun yağı ilə də bişirmək olar. Bu yağ qızdırıldıqda qida dəyərini saxlayır. Bundan əlavə, avokado yağı da eyni məqsədlər üçün istifadə edilə bilər. 

Ümumiyyətlə, evdə yemək bişirmək üçün uyğun olan bir neçə növ yağ olmalıdır.

“Bu, menyunu sağlam yağlarla zənginləşdirəcək və yeməklərə müxtəlif ləzzətlər verəcək”,-  deyə həkim əlavə edib.

Seçilən
8
cebheinfo.az

1Mənbələr