Müğənni Aysun İsmayılova və vəkil həyat yoldaşı Ramil Vəliyevin boşanması ilə bağlı xəbərlər yayılıb.
Missiya.Az xəbər verir ki, məsələ ilə bağlı Ramil Vəliyev Lent.az-a açıqlama verib.
O bildirib ki, ailədə problemlər olsa da, hələlik bununla bağlı məhkəməyə müraciət olunmayıb:
"Mənim kobud və soyuq xarakterdə olmağıma görə müəyyən problemlər var, amma boşanma qərarı və ya iddia məhkəməyə verilməyib".
Aysun İsmayılova isə ayrılması ilə bağlı münasibət bildirərək qeyd edib ki, "Ramil Vəliyev mənim övladımın atasıdır. Övladımın gələcəyi var, ona görə ailəmlə bağlı heç nə danışmaq istəmirəm. Susma haqqımı seçirəm! Əziz media nümayəndələri, sevənlərim, dostlarım, hər birinizdən xahiş edirəm mənə ailəmlə bağlı sual ünvanlamayın. Heç kim həyatından, seçimindən, qərarından sığortalanmayıb. Allah nə yazıbsa, onu yaşayırıq".
Qeyd edək ki, cütlüyün Sevgi adlı qız övladı var.
Missiya.Az