Müğənni Aysun İsmayılova boşanmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
hakimiyyet.az xəbər verir ki, müğənni sosial media hesabında paylaşım edərək, ailəsi ilə bağlı danışmaq istəmədiyini deyib.
"Ramil Vəliyev mənim övladımın atasıdır. Övladımın gələcəyi var, ona görə ailəmlə bağlı heç nə danışmaq istəmirəm. Susma haqqımı seçirəm. Heç kim həyatından, seçimindən, qərarından sığortalanmayıb. Allah nə yazıbsa, onu yaşayırıq".
15:48
Sosial şəbəkədə müğənni Aysun İsmayılova və vəkil həyat yoldaşı Ramil Vəliyevin boşanması ilə bağlı xəbərlər yayılıb.
hakimiyyet.az xəbər verir ki, məsələ ilə bağlı Ramil Vəliyev Lent.az-a açıqlama verib.
O bildirib ki, ailədə problemlər olsa da, hələlik bununla bağlı məhkəməyə müraciət olunmayıb:
"Mənim kobud və soyuq xarakterdə olmağıma görə müəyyən problemlər var, amma boşanma qərarı və ya iddia məhkəməyə verilməyib".
Qeyd edək ki, cütlük 2024-cü ilin fevralında həyatı qurub və elə həmin ilin avqust ayında da onların Sevgi adlı qız övladı
Xatırladaq ki, Aysun İsmayılova 2022-ci il iyunun 30-da da Eşqin Cəlilov adlı bəylə . Cütlük 2023-cü il mayın 5-də .
Fotoda Aysun İsmayılova və Ramil Vəliyev
Fotoda Aysun İsmayılova və Eşqin Cəlilov