AZ

Milli Məclisin deputatları Belarusda seçkiləri müşahidə edəcəklər

Milli Məclisinbir qrup deputatıBelarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün yanvarın 24-də bu ölkənin Minsk  şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, 
səfər çərçivəsində Milli Məclisin sədr müavini Musa Qasımlı, Azərbaycan-Belarusparlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə və deputat Bəhruz Məhərrəmov ikitərəfli əsasda, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov MDB İcraiyyə Komitəsinin, deputatlar Xanlar Fətiyev və Sabir Hacıyev isə MDB PA-nınxətti ilə Belarusda yanvarın26-da keçiriləcək prezident seçkilərinə hazırlıqla tanış olacaqlar və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər yanvarın 27-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr