AZ

Paşinyan Türkiyə ilə diplomatik əlaqələrin qurulmasını istəyir

 

Biz Türkiyə ilə diplomatik əlaqələr qurmağı bacarmalıyıq. 

 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

 

“Biz bu istiqamətdə də işləyirik. Məndən adətən soruşurlar ki, mən bu məsələdə optimistəm, yoxsa pessimist? Mən nə optimist, nə də pessimist deyiləm. Mən praqmatistəm. Sadəcə başa düşürəm ki, problem həll olunana qədər işləmək lazımdır. Ən əsası sı sülh gündəmindən kənara çıxmamaqdır. Məqsədimizə diqqət yetirməli və təslim olmadan və ümidsizliyə qapılmadan işləməyə davam etməliyik. Bu halda biz beynəlxalq ictimaiyyətin dəstəyini alacağıq və ümid edirəm ki, bu dəstək veriləcək”, - Paşinyan qeyd edib.

 

Elcan

Missiya.Az

Seçilən
23
50
missiya.az

10Mənbələr