AZ

16 yaşlı qızın mədəsində diş fırçası çıxarıldı

Moskva vilayətində həkimlər 16 yaşlı qızın mədəsindən diş fırçasını çıxarıblar.

KONKRET.az aif.ru-ya istinadən xəbər verir ki, 16 yaşlı qız qarnındakı küt ağrılar və ürəkbulanma şikayətləri ilə L.M.Roşal adına  xəstəxanaya müraciət edib. Müayinə zamanı onun mədəsində diş fırçası aşkar edilib. Xəstə onu  təsadüfən udduğunu bildirib. Xəstənin mədəsindən yad cism endoskop vasitəsilə çıxarılıb. Həkimlər həmin xəstəxanada bir neçə gün əvvəl bir yaşlı uşağın mədəsindən maqnit və litium batareya çıxarmışdılar.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
18
konkret.az

1Mənbələr