Rusiya Ali Məhkəməsi Ukraynanın “Sağ sektor” milli batalyonunu terror təşkilatı kimi tanıyıb.
Bakıvaxtı.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.
Məlumata görə, Rusiya Baş Prokurorluğu bununla bağlı məhkəməyə sorğu göndərib . Görüş bağlı qapılar arxasında keçirilib.
Bildirilib ki, təşkilatın Rusiya ərazisində fəaliyyəti qadağandır.
Mina Mikayılova