AZ

Donnarumma PSJ-dən gedir? - Özü açıqladı

PSJ-nin qapıçısı Canluici Donnarumma iş yerini dəyişə biləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sky Sport" italiyalı qolkiperin sözlərini belə çatdırıb:

"Çox şaiyələr gəzir. Amma mənim hədəfim PSJ ilə müqavilə yeniləməkdir. Burada özümü yaxşı hiss edirəm. Klubda məni sevdiklərinin fərqindəyəm".

Qeyd edək ki, Donnarummanın PSJ ilə indiki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Seçilən
41
fanat.az

1Mənbələr