Un düzgün saxlanmadıqda, tez bir zamanda həşəratlara yoluxur və xarab olmağa başlayır. Həşəratlardan qorunmağın açarı olan təbii üsullardan kömək alaraq aylarla sağlam və təravətli qalan un əldə edə bilərsiniz.
News24.az xəbər verir ki, un saxlamaq üçün əsas olan təbii üsullar bunlardır:
Mixək: Mixək təbii həşərat qovucudur. Mixəyin bənzərsiz qoxusu həşəratların əmələ gəlməsinin qarşısını alır. Həşəratlara qarşı mübarizə aparmaq üçün bir neçə mixək götürüb unu saxladığınız bankaya qoya bilərsiniz.
Dəfnə yarpağı: Dəfnə yarpağı da mixək kimi qoxusu ilə böcəklərin böyüməsinin qarşısını alan təbii üsuldur. 2 dəfnə yarpağı götürüb unu saxladığınız bankaya əlavə edin. Beləliklə, unun həşəratlara yoluxmasının qarşısını ala bilərsiniz.
Bunlara da diqqət yetirin: Unu saxlayarkən nəzərə alınmalı olan bəzi məsləhətlərdən kömək ala bilərsiniz. Unun daha uzun müddət təzə qalması üçün istifadə edilən bankanın quru və təmiz olmasına diqqət yetirilməlidir. Bundan əlavə, unu günəş işığından uzaq, sərin və quru yerdə saxlamaq lazımdır.
Məryəm İlhamqızı