AZ

Arauxo “Barsa” ilə yeni müqavilə bağladı

“Barselona” Roland Arauxo ilə yeni müqavilə bağlayır. Msport.az xəbər verir ki, uruqvalı müdafiəçi bu dəqiqələrdə klubun ofisində yeni anlaşmanı imzalayır.

25 yaşlı futbolçu 2031-ci ilin iyununa qədər Kataloniya təmsilçisinin heyətində çıxış edəcək.

Arauxo “Barsa”ya 2018-ci ildə keçsə də, o, A komandasında 2019-dan oynamağa başlayıb.

Uruqvay millisinin üzvü “Barselona”da 108 oyunda meydana çıxıb və 7 qol vurub.

Seçilən
31
msport.az

1Mənbələr