AZ

Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayı iki dəfədən çox artıb

Bakı. Trend:

Son 10 ildə davam edən qlobal iqtisadi böhranlar, eyni zamandamüharibələr və pandemiyaya baxmayaraq Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycanda nəqliyyat-logistika sahəsində həyatakeçirilən irimiqyaslı layihələr hesabına Orta Dəhliz üzrəyükdaşımalarda müsbət nəticələr qeydə alınıb.

Trend bu barədə səhmdar cəmiyyətinə istinadənxəbər verir.

Bildirilib ki, bu dinamika gəmi-bərələrlə daşınan avtotexnika(TİR) və vaqonların sayında da özünü göstərir.

Belə ki, 2015-ci ildə 38 079 ədəd avtotexnika (TİR) və vaqondaşınması həyata keçirilmişdirsə, 2024-cü ildə bu say 77 071 ədədəçatıb. Bu da ümumilikdə 102.40% və ya 2 dəfədən çox artımdeməkdir.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlədəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz,Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi vəQara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri iləbirləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əksistiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya ortahesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyatdəhlizinin əsas üstünlüklərindən biridir.

Son
Seçilən
16
19
az.trend.az

10Mənbələr