Azərbaycan Mərkəzi Bankı (AMB) “Turan Bank” ASC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib.
Beləliklə, hazırda Azərbaycanda 58 hüquqi şəxs sığorta agenti lisenziyasına malikdir.
Xatırladaq ki “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmləri 20 fiziki və 8 hüquqi şəxsə məxsusdur.