Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
"Fransa bu dövrdə Afrikadakı mövqelərini itirdi. Afrika Fransanın mövcudluğunu təmin edən əsas faktor idi. Fransa iqtisadiyyatı qitədə insanların zəhmətinin və sərvətinin talanması hesabına inkişaf edirdi. Afrika Fransa üçün ucuz xammal qaynaqları idi. İndi həmin qaynaqlar əldən çıxır və Fransa iqtisadiyyatına ağır zərbələr vurur. Ölkədə sosial iqtisadi sahədə narazılıqların artması müşahidə edilir. Eyni zamanda bu narazılıqlar siyasi məkana daşınır, Makrona qarşı etiraz dalğası güclənir. Ölkədə baş verənlər Fransanın dünyadakı mövqelərinə də zərər vurur. Artıq onun maraqları dünyada o qədər də maraqlı deyil. Makron hakimiyyəti gücsüzlüyünü anladığı üçün daha böyük səhvlər buraxmağa davam edir. Xüsusilə Azərbaycanla münasibətləri qəlizləşdirdiyi Cənubi Qafqaz imkanlarını da itirib. Yəqin ki, gələcək hakimiyyət Makronun buraxdığı səhvləri düzəltmək məcburiyyətində qalacaq. İndi proseslər olduğu kimi davam edərsə, yeni dünya düzənində Fransa idarə edən deyil, idarə olunan dövlət siyahısında yer ala bilər".
Əfsanə Kamal
Demokrat.az