AZ

“Xəzər Lənkəran”ın sabiq futbolçusu “Qarabağ”ın uduzacağını dedi – “zəifləyiblər”

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Stelian Stanku bu gün keçiriləcək “Qarabağ” – FKSB matçı ilə bağlı gözləntilərini açıqlayıb.

“Football-plus.az” xəbər verir ki, “sport.ro”ya açıqlama verən rumıniyalı “Qarabağ”ın ötən ilə nisbətən zəiflədiyini bildirib:

“Qarabağ” güclü klubdu, ötən il avrokuboklarda çox yaxşı çıxış etdi və Azərbaycan klublarının bacarmadığı uğuru qazandı. Yeni mövsümdə isə gözlənilən kimi oynamırlar. Düzü, zəifləyiblər. Bu üzdən, FKSB-nin qələbə qazana biləcəyini düşünürəm. Həmçinin komandamız möhtəşəm səviyyədədi. Mən indiyə qədər qazanılan nəticələri sensasiya adlandırardım. Düşünürəm ki, Darius Olarunun yoxluğu belə komandanın qələbə qazanmasına mane olmayacaq. O başqa məsələ ki, bunu asanlıqla etmək mümkün deyil”.

Xatırladaq ki, “Tofiq Bəhramov”da keçiriləcək oyun saat 21.45-də başlayacaq.

KƏNAN BAHADIR
Seçilən
7
football-plus.az

1Mənbələr