Moldova “Eurovision 2025” musiqi müsabiqəsində iştirak etməyəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə “Moldova 1” ictimai televiziya kanalının direktoru Korneliu Durnesku keçirdiyi mətbuat konfransında bildirib.
O, asan olmayan bu qərarın indiki şəraitdə zəruriyyətdən qəbul edildiyini açıqlayıb.
“Eurovision Mahnı Müsabiqəsinin finalının təşkili, şounun səhnələşdirilməsi, sənətçilərin təşviqi, ekipajın səyahət və yerləşdirilməsi, səhnə dizaynı, texniki avadanlıq və digər əlaqəli xərclər daxil olmaqla, əhəmiyyətli xərclər tələb olunur. Bu il “Eurovision”da iştirak üçün nəzərdə tutulan resurslar digər layihələr arasında bölüşdürüləcək. Müsabiqədə iştirakdan imtina etməsinə baxmayaraq, “Moldova 1″ kanalı bu il İsveçrədə keçiriləcək iki yarımfinal və finalı canlı yayımlayacaq”.
Qeyd edək ki, “Eurovision 2025” İsveçrənin Bazel şəhərində keçiriləcək.