AZ

Kişi voleybolçular arasında VII tura yekun vuruldu

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura yekun vurulub.   Manset.az-ın məlumatına görə, sonuncu oyunda "Azərreyl" “Murov Az Terminal”la üz-üzə gəlib. Qarşılaşma ikincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ötən gün MOİK "Gənclər"ə 3:2 hesabı ilə qalib gəlib. "Xilasedici" - "Neftçi" görüşündə isə birincilər 3:0 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 29-30 yanvar tarixində keçiriləcək.

Seçilən
4
manset.az

1Mənbələr