AZ

Britaniyanın keçmiş COP Prezidenti maliyyə şurasına sədr təyin edilib

London, 23 yanvar, AZƏRTAC

Böyük Britaniyanın keçmiş COP Prezidenti və biznes naziri Alok Şarma Keçid Maliyyəsi Şurasına (Transition Finance Council) sədr təyin edilib.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniya hökuməti və London Şəhər Korporasiyası (City of London Corporation) bu gün Böyük Britaniyanın keçmiş COP Prezidenti və biznes naziri Lord Alok Şarmanı Keçid Maliyyəsi Şurasının sədri, İrem Yerdeleni isə sədr müavini təyin etdiklərini elan ediblər.

Böyük Britaniya Hökuməti və London Şəhər Korporasiyasının birgə təşəbbüsü olan Keçid Maliyyəsi Şurası ölkənin mövcud güclərindən istifadə edərək yüksək etibarlı keçid maliyyəsini artırmaq və yaymaq üçün dünyada ən yaxşı bazara çevrilmək məqsədi daşıyır. Keçid maliyyəsi iqtisadiyyatın sıfır karbon emissiyasına keçidini dəstəkləyən maliyyə məhsulları və xidmətlərini əhatə edir. Bu şura Böyük Britaniyanın keçid maliyyəsi sahəsində qlobal lider mövqeyini möhkəmləndirməkdə həlledici rol oynayacaq.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
4
azertag.az

1Mənbələr