AZ

Rusiyalı qapıçı: "Moskvada Bakıdakı qədər tıxac görməmişəm"

"Mən Moskvada Bakıdakı qədər tıxac görməmişəm. Xüsusilə günorta saat dörddən sonra - bu, sadəcə dəhşətdir".

İdman.biz bunu "Turan Tovuz"un rusiyalı qapıçısı İvan Konovalov deyib.

O, paytaxtımızdakı tıxacdan şikayətlənib: "Bu vaxt insanlar harasa necə gedirlər, bilmirəm. Burada 30 dəqiqə taksi gözləyə və sonra 40-50 dəqiqə yolda ola bilərsiniz. Baxmayaraq ki, yolun özü tıxac olmadan təxminən 15 dəqiqə çəkir. Amma belə çıxır ki, hamı eyni prospektdən keçir".

Qeyd edək ki, Konovalov 2024-cü ilin yayından "Turan Tovuz"da çıxış edir.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr