AZ

Büdcədən ayrılmış vəsait hesabına xidmətlərin göstərilməsinə görə ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib - FƏRMAN

Prezident İlham Əliyev "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Olaylar xəbər verir ki, Fərmana əsasən, dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib.

Siyahıya Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti əlavə edilib.

Bu Fərman 2024-cü il sentyabrın 1-dən tətbiq edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
25
olaylar.az

10Mənbələr