Türkiyənin "Fənərbağça" klubu futbolçusu Mert Müldürün xidmətindən məhrum olub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Xəbərə görə, 25 yaşlı müdafiəçinin çiyni çıxıb. Mənbə Türkiyə millisinin üzvünün təxminən 1 ay komandasına kömək edə bilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, cari mövsüm "Fənərbağça"nın forması ilə bütün turnirlərdə 28 matça çıxan Müldür 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat