Bukmeker kontorlarının Avropa Liqasının 7-cı turunun “Qarabağ” – FKSB matçıyla bağlı əmsalları müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisi oyunun “bir nömrə”si sayılır. Yəni favorit “köhlən atlar”dı. Komandanın qələbəsi üçün təyin edilən əmsal 2,30-a bərabərdi. Rumıniyalıların mümkün qələbəsi isə 3,50 əmsalla dəyərləndirilir. Qalibin müəyyənləşməyəcəyi duruma uyğun əmsal da 3,50-di.
Bukmekerlərin proqnozuna görə, matçın məhsuldar futbolçusu “Qarabağ”ın hücumçusu Musa Qurbanlı olacaq. Onun istənilən an vuracağı qol 3,35, hesabı açması isə 8,00 əmsalla hesablanacaq. FKSB-nin qollarını vuracaq isim Daniel Bırlicadı. Onun istənilən dəqiqədə vuracağı qol 3,40, matçın ilk qolunun müəllifi olacağı haqda proqnoz isə 8,00 əmsal ilə qazandıracaq.
Hər halda, bukmekerlər üçün favorit “Qarabağ”dı.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta