"Çelsi" qadın futbolunda rekord transferə imza atıb.
İdman.biz xəbər verir ki, London klubu Naomi Girmaya 1,1 milyon dollar ödəyib.
24 yaşlı müdafiəçi "San Dieqo Veyv"dən "Çelsi"yə keçib. O, ABŞ millisinin üzvüdür.
Qeyd edək ki, Naomi 3 mövsümdə San Dieqo klubunun heyətində 75 oyun keçirib.
İdman.biz