Bəs “İmarət Tayfa” bu haqda nə düşünür? Fanklubun rəhbərlərindən Elnur Quliyevdən soruşduq:
“Bu həftə ağır oldu. Uzun zaman “Qarabağ”a dəstək olmuş önəmli şəxslərdən birini itirdik. Azarkeşlərdə, klub rəhbərliyində köklənməklə bağlı bir qədər axsama oldu. Həmin itki klubun həyatına təsirsiz ötüşmədi. İstənilən halda, yaxşı azarkeşlər gələcək və dəstəkləyəcəklər. Önəmli olan “Qarabağ”ın mərhələni keçməsidi”.
ƏSƏD SEYİDOV