AZ

​"Instagram"da bu səhifə dələduzluq edir - FOTO

"Instagram" sosial şəbəkəsində "pulqabiaz" adlı səhifə vətəndaşlara iri həcmli kreditlər verdiyini vəd edən paylaşımlar etməklə dələduzluq edir.

Bu barədə marketoloq Müşviq İskəndərov öz feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, səhifə hətta irəli gedərək ölkə başçısı və digər tanınan şəxsləri belə izləməyə alıb:

"Kredit almaq üçün, məsələn, 5000 azn üçün 250 azn tərəflərdən biri milliön vasitəsi ilə "Xəzri" pul köçürmələrində bir birlərinə pul köçürməlidir, hər iki tərəflərin sənədləri və kodlar öncədən tələb olunduğuna görə bunlar da transfer olunmuş məbləği özləri götürüb müraciət edən xəbərsiz insanları da qurban edirlər. Təəssüflər olsun ki, paylaşılan çeklərin sayı minlərlə manatın artıq ələ keçirildiyini göstərir".

Mütəxəssis qeyd edib ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib.

 

Metbuat.Az

Seçilən
19
hurriyyet.az

1Mənbələr