AZ

​Tayvanda 120 mindən çox yaşıl iquana məhv ediləcək

Tayvanda iquanalarla bağlı sərt qərar qəbul edilib. Metbuat.az xəbər verir ki, ölkədə 120000-dən çox yaşıl iquana məhv ediləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi açıqlama verib. Bildirilib ki, iquanalar kənd təsərrüfatı sektoruna mənfi təsir göstərdiyi üçün onlar məhv ediləcək. “Taipei Times” qəzetinin məlumatına görə, ölkənin cənub və mərkəzi bölgələrində iquana populyasiyasında artım müşahidə edilib. Açıqlamada deyilir ki, insanların gündəlik qazancını əkinçiliklə təmin etdiyi bölgədə iquanalar əkin sahələrinə mənfi təsir göstərir. Məlumatda, ölkədə təxminən 200 min yaşıl iquananın yaşadığı və öldürülən hər iquana üçün ödəniş ediləcəyi açıqlanıb.

Qeyd edək ki, ötən il Tayvanda 70 min iquana məhv edilib.

Seçilən
13
metbuat.az

1Mənbələr