AZ

"Türkiyə ilə danışıqlarda hələlik nəzərəçarpacaq nəticə yoxdur" - Mirzoyan

Ermənistanla Türkiyə arasında fəal dialoqa baxmayaraq, hələ də ciddi nəticələr əldə olunmayıb.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Baltikyanı ölkələrin parlament sədrlərinin iştirakı ilə keçirilən panel müzakirəsi zamanı bildirib.

Mirzoyan qeyd edib ki, 30 ildir sərhədləri bağlı olan Türkiyə ilə danışıqlar yüksək səviyyədə aparılır.

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər.

Mənbə: oxu.az

Seçilən
8
4
oxu.az

5Mənbələr