"Qarabağ" bu gün UEFA Avropa Liqasında Rumıniyanın FCSB komandasını qəbul edib.
Qaziler.az-ın məlumatına görə, Liqa mərhələsinin VII turuna təsadüf edən oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir..
Meydançaya baş hakimlə birgə Ağdam rayonunun Əfətli kəndinin 10 yaşlı sakini Hüseyn Hüseynzadə daxil olub. Hüseyn 6 yaşındaykən atası və əmisi ilə birgə öz doğma kəndində minaya düşüb.
Qeyd edək ki, bu ANAMA və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Risk zonasında yaşayan və bu yerlərə səfər edən hər kəs bilməlidir ki, təhlükəsizliyinə əmin olmadığımız ərazilərə daxil olmamalıyıq. Özünüzü təhlükəli ərazidə hiss etdiyiniz an dərhal dayanın, məlumat verin və köməyin gəlməsini gözləyin. Mina və Partlamamış Hərbi Sursatların təhlükəsi ilə üzləşdiyiniz an 805, 102 və ya 112 nömrələrinə zəng edin.
TV-də şərhçi üçün mətn:
Hazırda meydançaya baş hakimlə birgə Ağdam rayonunun Əfətli kəndinin sakini 10 yaşlı Hüseyn Hüseynzadə daxil olur. Hüseyn 6 yaşındaykən atası və əmisi ilə birgə öz dogma kəndində, məzarlığı ziyarət edərkən minaya düşüb. Köməyə gələn ailə üzvləri və atası həlak olub, əmisi isə xəsarətlər alıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), AFFA və Futbolun İnkişaf Fondu insanlarımızı diqqətli olmağa çağırır. Risk zonasında yaşayan və bu ərazilərə səfər edən hər kəsə bildiririk ki, təhlükəsizliyinə əmin olmadığımız ərazilərə daxil olmamalıyıq.
Özünüzü təhlükəli ərazidə hiss etdiyiniz an dərhal 805, 102 və ya 112 nömrələrinə zəng edin! Telefon olmadığı təqdirdə heç bir hərəkət etmədən ətrafdakıları köməyə çağırın.
ANAMA, AFFA və Futbolun İnkişafı Fondu bir sıra beynəlxalq tərəfdaşlarla birlikdə insanlarımızın mina təhlükəsinə dair maarifləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir.
Diqqətli olaq, özümüzü təhlükəyə atmayaq!
QAZİLER,AZ