AZ

İsrailli radikallar fələstinli fermerin zeytun ağaclarını kəsiblər

Fələstin torpaqlarını qanunsuz zəbt edən israilli mülki şəxslər onları yurd-yuvaıarından qovmaq üçün dolanışıq mənbələrini sıradan çıxarmağa davam edirlər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İordan çayının qərb sahilində yerləşən Karave Beni Həsən Bələdiyyə sədri İbrahim As açıqlama verib.

Onun sözlərinə görə, israillilər Selfit şəhərində fələstinli fermerə məxsus daha 30 bar verən zeytun ağacını qəsdən doğrayıb: "Təəssüf ki, israillilər tez-tez qəsəbədə ağacları kəsir, vətəndaşları təhdid edir, divarlara irqçi şüarlar yazır və fermerlərin torpaqlarına girməsinə mane olurlar. Bu səbəbdən əhali dolanışığından məhrum olunur, onlar aclıqla sınağa çəkilirlər..."

Tahir Şəlvəli
Mia.az

Seçilən
38
mia.az

1Mənbələr