Aktrisa Demi Mur "Substance" filmindəki roluna görə "Ən yaxşı aparıcı qadın rolu" nominasiyasında ilk Oskar nominasiyasını alıb.
"Unikal" xəbər verir ki, Mur daha əvvəl həmin filmdəki performansına görə "Qızıl Qlobus" qazanmışdı.
Qeyd edək ki, son zamanların ən çox izlənilən filmi olan "Substance" filmində estetik müdaxilələrin insan bədəninə və zehninə təsiri mövzusuna toxunulur.