AZ

Bu mövsümün 3 əsas xəstəliyi...

Rusiyalı immunoloq Vladimir Bolibok hazırda Rusiyada aktiv olan və daha çox yoluxduran, mövsümün "super" infeksiyalarını açıqlayıb.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, artıq hər mövsümdə qrip yox, 2-3 virus aktivdir. Bu dəfə Rusiyada donuz qripi tüğyan edir.

“Yeni il bayramlarından sonra epidemioloqlar 3 infeksiyaya yoluxmada 30% artım müşahidə edib. Bunlar donuz qripi, koronavirus, metapnevmovirusdur.

Qrip olaraq, marta kimi bu dəfə H1N1 donuz qripi epidemiyasıdır. İlk dəfə ona epidemik yoluxma 2009-cu ildə olub.

O vaxtdan bu vaxta kimi bu virusa yoluxanların orqanizmində antitel ola bilər. Amma uşaqlar arasında bu qripə yoluxma çoxdur, çünki pandemiya dövründə doğulan uşaqların immun sistemi hələ donuz qripini tanımır, ilkin yoluxma bu ildir", - Bolibok deyib.

Epidemioloq bildirib ki, COVİD-19 heç yerə getməyib, "Omikron" və digər ştamlar aktivdir. Yoluxma var, sadəcə testlər əvvəlki kimi aparılmır. Bu xəstəliyin neqativ cəhəti odir ki, postkovid sindrom uzun çəkir, yaşlılar üçün təhlükəlidir:

“Metavirus isə yeni deyil, hər il var. Bu il ona görə aktivdir ki, insanların 3-4 ildir immunitetləri ciddi düşüb. Bu virus bronxit və pnevmoniyanı aktivləşdirir”.

Seçilən
18
axar.az

1Mənbələr