AZ

Ermənistanda keçmiş komitə sədri saxlanıldı

Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri, Respublikaçılar Partiyasının üzvü Arman Saakyan saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə "Factor TV" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Ona çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.

"Digər təfərrüatlar hələ məlum deyil, onun vəkilinin şərhini ala bilmədik", - Factor TV bildirib.

Seçilən
24
publika.az

1Mənbələr