AZ

Meksikadan ABŞ-a keçənlərin sayı kəskin azalıb

Meksikadan ABŞ-a qanunsuz keçidlərin sayı, Co Baydenin prezidentliyinin son üç günü ilə müqayisədə Donald Trampın prezidentliyinin cəmi üç günü ərzində kəskin azalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Statistikaya görə, yanvarın 17-dən 19-dək ABŞ-Meksika sərhədini qanunsuz keçmələrin ümumi sayı 3908 olub.

Yanvarın 19-da isə 1354 əcnəbi immiqrant ABŞ-a qeyri-qanuni yollarla daxil olub və saxlanılıb.

2025-ci il yanvarın 20-dən 22-dək qanunsuz keçidlərin sayı 2523 olub.

Seçilən
21
operativmm.az

1Mənbələr