AZ

MAQATE Zaporojjya AES-də təhlükəsizlik vəziyyətindən narahatdır

Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojjya Atom Elektrik Stansiyasında vəziyyətlə əlaqədar təhlükənin davam etdiyini açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi məlumat verib. Qrossi bildirib ki, zavodda yerləşən agentlik işçiləri son bir həftə ərzində ərazinin kənarında tez-tez partlayış səsləri eşidiblər. Stansiyaya heç bir ziyan dəyməyib.

“Artıq üç ilə yaxındır ki, biz Zaporojjya AES-də və Ukraynanın başqa yerlərində nüvə qəzasının qarşısını almaq üçün mümkün olan hər şeyi edirik. Qəza baş verməyib, amma vəziyyət düzəlmir. AES hələ də titrəyir. Mən Ukraynanın nüvə təhlükəsizliyi, o cümlədən Zaporojya ərazisindəki nüvə təhlükəsizliyi ilə bağlı ciddi narahatlığımı davam etdirirəm.

“Bizim işimiz tam başa çatmaqdan uzaqdır”, deyə Qrossi qeyd edib.

Qeyd edək ki, Zaporijjya AES 2022-ci ilin mart ayından Rusiya tərəfindən işğal olunub və həmin dövrdən mütəmadi olaraq atəşə tutulur. Həmin ilin oktyabrından stansiya Rosenergoatom ASC-nin (Rosatomun törəmə müəssisəsi) nəzarətinə keçib.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr