Dünyanın ən böyük aysberqi A23a Böyük Britaniyanın Cənubi Corciya adası ilə toqquşa bilər...
A23a aysberqi Britaniyanın Cənubi Corciya adasına çarparaq parçalanmaq ehtimalı var.
Poliqon xəbər verir ki, bu barədə “20min.ch” portalı yazır.
Portal qeyd edir ki, yaxınlaşan aysberq adanın pinqvin və suiti populyasiyalarını təhdid edir, çünki onların qidaya çıxışını kəsə bilər. Nəhəng buz qayanın adaya yaxınlaşması dənizçilər arasında da narahatlıq yaradır.
“Bizdə buzun yaxınlaşıb-yaxınlaşmadığını görmək üçün bütün gecə projektörlərimiz yanır. Aysberq hər an adaya yaxınlaşa bilər, deyə Cənubi Corciya hökuməti gəmisinin kapitanı Symon Uolles bildirib.
Əvvəllər nəhəng aysberq A23a yerində fırlansa da, aylardan sonra Antarktida sahillərindən uzaqlaşmağa başlayıb.
Aysberq A23a Nyu-York şəhərindən təxminən üç dəfə böyükdür və təxminən 1 trilyon ton ağırlığındadır. O, ilk dəfə 1986-cı ildə Antarktidadakı Filçner buzlaqından qopub, lakin demək olar ki, dərhal sahildən bir neçə kilometr aralıda quruya düşdü, bu da ərimə sürətini yavaşladıb.
2023-cü ilin sonlarında A23a yenidən üzməyə başlayıb və Antarktidadan uzaqlaşıb.
Poliqon.info