"Qalatasaray"ın hücumçusu Viktor Osimhen qalmaqalla gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, nigeriyalı forvard Türkiyənin "Posta" nəşrinin müxbiri Tolqu Bozduman ilə münaqişə yaşayıb.
Bu barədə məlumat yayan jurnalist yaşanan olayın gecə klublarından birinin yaxınlığında baş verdiyini bildirib. Hətta hücum həddinə çatıb. Müxbirin sözlərinə görə, hələ də başı ağrıyır:
“Mən və üç həmkarım qapıda Osimhen filmini çəkirdik. Kameranın işığı parıldayanda əsl xaos başladı. O, qışqıra-qışqıra üstümə qaçdı və kameranı götürməyə çalışdı, amma buna imkan vermədim. O, yumruğu ilə başıma vurdu.
Bundan sonra o, söyüş söyməyə başladı. Sonra mənə təklif etdi: “Bu fotoları məhv et, mən sənə pul verəcəm”. Mən rədd edəndə isə hədələdi: “Səni məhv edəcəm”.
Osimhen "Qalatasaray"da icarə əsasında çıxış edir. 26 yaşlı futbolçunun hüquqları "Napoli"yə məxsusdur.
Mirağa