AZ

AvroLiqada 7-ci turun NƏTİCƏLƏRİ

Ötən axşam UEFA Avropa Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.

Turkustan.az xəbər verir ki, 3-cü oyun günündə 16 matç keçirilib.

Azərbaycan təmsilçisi "Qarabağ" Rumıniya FCSB-sini qəbul edib və 2:3 hesabı ilə uduzaraq pley-off şansını itirib.

Türkiyənin "Fənərbaxça" klubu evdə Fransa "Lion"u ilə qarşılaşıb. Oyunda qol vurulmayıb.

7-cı turun matçlarından sonra "Latsio" 1/8 finala vəsiqəni təmin edib."Atletik", "Anderlext", "Lion", "Ayntraxt", "Qalatasaray", "Mançester Yunayted", "Tottenhem", FCSB, "Bodo Qlimt", "Viktoriya" və "Olimpiakos" isə ən azı pley-off mərhələsini təmin edib.

Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur

23 yanvar

"Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya) - 2:3

"Hoffenhaym" (Almaniya) – "Tottenhem" (İngiltərə) - 2:3

"Fənərbaxça" (Türkiyə) – "Lion" (Fransa) - 0:0

"AZ Almaar" (Niderland) – "Roma" (İtaliya) - 1:0

"Portu" (Portuqaliya) – "Olimpiakos" (Yunanıstan) - 0:1

"Malmö" (İsveç) – "Tvente" (Niderland) - 2:3

"Viktoriya" (Çexiya) – "Anderlext" (Belçika) - 2:0

"Bodo-Qlimt" (Norveç) – "Makkabi" (Tel-Əviv, İsrail) - 3:1

"Mançester Yunayted" (İngiltərə) – "Reyncers" (Şotlandiya) - 2:1

"Latsio" (İtaliya) – "Real Sosyedad" (İspaniya) - 3:1

PAOK (Yunanıstan) – "Slaviya" (Çexiya) - 2:0

RFŞ (Latviya) – "Ayaks" (Niderland) - 1:0

"Ayntraxt" (Almaniya) – "Ferentsvaroş" (Macarıstan) - 2:0

"Elfsborq" (İsveç) – "Nitsa" (Fransa) - 1:0

"Yunion" (Belçika) – "Braqa" (Portuqaliya) - 2:1

"Ludoqorets" (Bolqarıstan) – "Midtyulland" (Danimarka) - 0:2

"Beşiktaş" (Türkiyə) – "Atletik" (Bilbao, İspaniya) - 4:1

"Qalatasaray" (Türkiyə) – "Dinamo" (Kiyev, Ukrayna) - 3:3

/Modern.az/

Seçilən
11
turkustan.az

1Mənbələr