AZ

Gürcüstanın ÜDM-i 9% artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Gürcüstanın ÜDM-i 2024-cü ildə 9% artıb, bu il isə ölkə iqtisadiyyatı daha çox arta bilər.

Banco.az xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze deyib.

“İqtisadiyyat artır, biz keçən ili çox müsbət göstərici ilə başa vurduq, il ərzində 9% iqtisadi artım əldə etdik. Ümid edirik ki, 2025-ci ildə də ən azı eyni nəticəni təkrarlayacağıq. Biz istəyirik ki, bu il bu rəqəm daha da yüksək olsun və bunun üçün perspektiv var”, - deyə o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
13
banco.az

1Mənbələr