AZ

Avropa Liqası: gedənlər və qalanlar

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun matçlarından sonra növbəti mərhələdə iştirak hüququ əldə edən daha 8 klub müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bunadək "Latsio", "Atletik", "Anderlext", "Lion", "Ayntraxt", "Qalatasaray" və "Mançester Yunayted" ən az pley-offda iştirakı rəsmiləşdirmişdi.

Ötən gecə isə "Latsio"nun birbaşa 1/8 finalda mübarizə aparacağı dəqiqləşib. Həmçinin dünən Bakıda "Qarabağ"ı məğlub edən FCSB-nin, eyni zamanda "AZ Alkmaar", "Bodo-Qlimt", "Viktoriya", "Olimpiakos", "Reyncers", "Tottenhem" və "Union"un pley-offa vəsiqə əldə etdiyi məlum olub.

Son - 8-ci turda pley-off üçün qalan 9 yer uğrunda 14 klub mübarizə aparacaq. Bunlar "Ayaks", PAOK , "Real Sosyedad", "Midtülland", "Elfsborq", "Roma", "Ferentsvaroş", "Fənərbaxça", "Beşiktaş", "Portu", "Tvente", "Braqa", "Hoffenhaym" və "Makkabi"dir (Tel-Əviv).

RFŞ, "Slaviya", "Malmö", "Ludoqorets", "Qarabağ", "Nitsa" və "Dinamo"nun (Kiyev) isə Avroliqa ilə vidalaşacağı dəqiqdir.

Qeyd edək ki, Avropa Liqasında son turun matçları yanvarın 30-da keçiriləcək. Yanvarın 31-də isə pley-off mərhələsinin püşkü atılacaq.

Seçilən
16
27
ikisahil.az

10Mənbələr