İngiltərə Premyer Liqası komandası "Çelsi" heyətinə 16 yaşlı qazaxıstanlı futbolçu ilə razılaşıb.
"Çelsi" Qazaxıstanın "Kayrat" klubunun 16 yaşlı futbolçusu Dastan Satpayev ilə razılıq əldə edib.
"Operativ Media" xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
"Zadəganlar" gənc futbolçu üçün qarşı tərəfə 4 milyon avro ödəyəcək.
Qazaxıstan çempionatının rekord transferi olan Dastan 18 yaşına çatanda 5 illik müqavilə ilə "Çelsi"nin heyətinə qatılacaq.